Ru
10:07 / 23 Sentyabr 2019

Qohumunu öldürdü, elektrik xəttinə toxunaraq intihar etdi - Bakıda dəhşətli qətl

1810
Bakıda psixi xəstə qonşusunu öldürüb , daha sonra intihar edib.



Bakupost.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu Bilgəh qəsəbəsində qeydə alınıb.


Qəsəbə sakini, psixi xəstə, 1957-ci il təvəllüdlü Sərvər Rzayev damarlarını doğrayaraq küçəyə çıxıb, qohumu və qonşusu olan 1977-ci il təvəllüdlü Abbasov Zakir Akif oğlunu bıçaqla qətlə yetirib.


O, daha sonra evinin yaxınlıqdakı transformator kabinəsinə daxil olaraq yüksək gərginlikli elektrik xəttinə toxunaraq intihar edib.


Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər