"Bu dəqiqə mən baxıram artıq tələbə qızlar yox, məktəbli qızlar dodaq dolğusu və bəzi əməliyyatlar etdiriblər".
Bakupost.az Baku.ws-ə istinadla xəbər verir ki, bu sözləri "Xoş Sabah" verilişinə qonaq olan müğənni Qumral Musayeva bildirib.
Sənətçi qeyd edib ki, o bu yaşında etdirmədiyi əməliyyatları artıq məktəbli qızlar etdirir.
"Bədən əməliyyatı və digər prosedurlar da etdiriblər".