Qurban Qurbanovun işinə heyranam.
Bakupost.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında rusiyalı tanınmış mütəxəssis Yuri Syomin "Qarabağ"ın UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" komandasına 3:2 hesabı ilə qalib gəldiyi oyun barədə danışarkən deyib.
O, Azərbaycan çempionunun nəticəsini böyük uğur adlandırıb:
"Dünən oyunu izlədim. Bütün Azərbaycan xalqını təbrik edirəm. Bu qələbə klub tarixi üçün mühüm məqamdır. Futbolçular əla mübarizə apardılar. Qurban Qurbanov isə "Qarabağ"ın uğurlarının əsas fiqurudur".
Qeyd edək ki, Yuri Syomin 2013-2014-cü illərdə "Qəbələ" komandasının baş məşqçisi olub.