Rafiq Həşimov 60 illik yubileyi ərəfəsində "Türk mədəniyyətinə verdiyi töhfələrinə görə" "TÜKRSOY" medalı ilə təltif edilib.
"Bakupost" xəbər verir ki, medalı yubilyara TÜRKSOY-un baş katibi Sultan Rayev təqdim edib.
O bildirib ki, bu medal ilk dəfə olaraq televiziya xadiminə verilir:
"Azərbaycanın görkəmli televiziya və kino xadimi, ssenarist, telejurnalist, eyni zamanda esseist və tərcüməçi Rafiq Həşimovun 60 illik yubileyidir. Rafiq müəllim bir çox bədii-sənədli filmlərin, bir-birindən maraqlı proqramların aparıcısı və müəllifidir. Biz TÜRKSOY olaraq onun bu xidmətlərini dəyərləndiririk. Və Rafiq müəllimi 60 illik yubileyi münasibəti ilə TÜRKSOY-un ali təsisatlarından biri olan “TÜRKSOY” medalı ilə təltif edirik".