Ru
21:45 / 29 Aprel 2021

Ramazanın 17-ci günü: Dua, imsak və iftar vaxtı

3771
Sabah Ramazan ayının 17-ci günüdür.

Bakupost.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 30-da imsak vaxtı saat 04:02-də, iftar vaxtı isə 19:50-dədir.

İmsak duası:

“Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin!”

Tərcüməsi: “İlahi, mənə bu ayda saleh əməllərə doğru yol göstər, ehtiyac və amallarımı yerinə yetir, ey etdikləri barədə izaha və suala ehtiyacı olmayan, ey aləmlərin batinində olanları Bilən! Mühəmmədə (s) və onun pak ailəsinə salavat və rəhmət bəxş eylə!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər