Ru
11:23 / 06 Sentyabr 2020

Ramiz Mehdiyevin kürəkəni üzr istədi və ağladı - VİDEO

3251
Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev azadlığa çıxıb.

"BakuPost" xəbər verir ki, İlham Əliyev açıqlama verərkən qərəzli videoları mətbuata ötürən Aysel Teymurzadəni ittiham edib. Bildirib ki, videonu yayan şəxslərlə bağlı araşdırma aparacaq.

İ. Əliyev prezidentdən, vitse-prezidentdən və Azərbaycan xalqından üzr istədiyini deyib, ölkə rəhbərliyindən bağışlanmasını xahiş edib.

Qeyd edək ki, Abşeron rayon Məhkəməsi karantin qaydalarını pozduğuna görə İ. Əliyev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə təqsirli bilib. Məhkəmə ona 15 sutkalıq inzibati həbs verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər