Ru
21:10 / 18 Oktyabr 2025

Ramiz Mehdiyevin oğlu ÇƏTİN DURUMDA: Teymur Mehdiyev hara yoxa çıxıb?

Ramiz Mehdiyevin oğlu ÇƏTİN DURUMDA: Teymur Mehdiyev hara yoxa çıxıb?
Eye

Ramiz Mehdiyevlə bağlı başlanan cinayət işi təbii ki, onun ailə üzvlərinə də təsirsiz ötüşməyib. Belə ki, Mehdiyevin ayrı-ayrı dövlət qurumlarında vəzifə tutan həyat yoldaşı, qızı, gəlini, kürəkəni və oğlu barədə müəyyən addımların atılacağı gözlənilir.


Bakupost.az xəbər verir ki, Konkret.az-ın əldə etdiyi məlumata görə, Ramiz Mehdiyevin Fövqəladə Hallar Nazirliyində müavin işləyən oğlunun da vəziyyəti çətinləşib.



Atası haqda başlayan cinayət işi Teymur Mehdiyevə də yansıyıb və elə bu səbəbdəndir ki, onun müəyyən vaxtdır işə çıxmadığı haqda məlumatlar dolaşır.

Qeyd olunur ki, Teymur Mehdiyev atasının ifşasından sonra vəzifədə qala bilməyəcəyini başa düşüb və bu səbəbdən də işə getmir. Onun işdən çıxarılacağı ilə bağlı əmrinin veriləcəyi günü gözlədiyi haqda məlumatlar dolaşır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar