Ru
12:56 / 30 Mart 2026

Rasim Balayevin qardaşı: "Müalicəyə getmək istəmirdi"

Rasim Balayevin qardaşı: "Müalicəyə getmək istəmirdi"
Eye

"Sonuncu dəfə Türkiyəyə getməmişdən əvvəl evində gördüm, görüşdük. Müalicəyə getmək istəmirdi. Sonradan vəziyyəti kritik oldu, razılaşdı getməyə".

Bakupost.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında mərhum Xalq artisti Rasim Balayevin qardaşı Rasəddin Balayev deyib.

O qeyd edib ki, böyük ümidlə Rasim Balayevin yolunu gözləyirdilər:

"Bədən zəifləmişdi, ona görə də qarşısını ala bilmədik. Böyük itkidir. Tək bizim yox, xalqın itkisidir".

Qeyd edək ki, Rasim Balayev İstanbulda yerləşən "Memorial" xəstəxanasında 77 yaşında dünyasını dəyişib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar