Ru
11:37 / 16 Sentyabr 2025

Rayonlara yağış yağır

Rayonlara yağış yağır
Eye

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 11, Lerikdə 7, Daşkəsəndə 4, Yardımlıda 3, Göygöl, Gədəbəydə 2, Xaltan, Şamaxı, Goranboy, Altıağac, Tovuz, Qax, Qəbələ, Şəki, Qobustan, İmişli, Biləsuvarda 1 mm-dək qeydə alınır.

Daşkəsən, Göygöl, Qax, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, dağlıq rayonlarda 12, Aran rayonlarında 22, Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar