Sankt-Peterburqda 15 yaşlı şagirdi müəlliminə bıçaqla hücum edərək həm özünə, həm də ona xəsarət yetirib.
Bakupost.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə bu gün səhər 191 nömrəli məktəbdə baş verib.
Məlumata görə, şagird A.Artemiy səhər saat 7-də qiymətini düzəltmək üçün müəllimin yanına gəlib. Müəllim arxasını döndərən kimi Nikita bıçağı çıxararaq onun kürəyinə zərbə endirib və eyni zamanda özünü də yaralayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisə yerində polis və təcili tibbi yardım xidmətləri fəaliyyət göstərir.
Məlum olub ki, Artemiyin dərslərində bəzi çətinlikləri olub. Yeniyetmənin həmin məktəbdə tarixdən dərs deyən anası riyaziyyat müəllimindən oğlu ilə fərdi məşğul olmağı xahiş edibmiş.
Prokurorluq araşdırma aparır.
Cavid, BakuPost