Ru
09:45 / 09 Yanvar 2026

Rəqsanənin ev dustaqlığı uzadıldı

 Rəqsanənin ev dustaqlığı uzadıldı
Eye

Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri üç aya qədər uzadılıb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Sabunçu Rayon Məhkəməsi istintaq orqanını təqdimatı əsasında qərar qəbul edib.

Məlumata görə, onun barəsində olan ev dustaqlığı qətimkan tədbiri mart ayına qədər artırılıb.

Qeyd edək ki, R. İsmayılova ötən ilin avqust ayında həbs edilib və avqustun 16-da barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin ilin noyabrın 19-da vəkilinin vəsatəti əsasında onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı dələduzluqda ittiham edilir.

Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.

Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar