Ru
18:42 / 27 Noyabr 2021

Reza Deqati İranı kəskin tənqid etdi - VİDEO

2386
Məşhur fotoqraf Reza Deqati İran İslam Respublikasının Urmiya gölü ilə bağlı siyasətini kəskin tənqid edib.

Bakupost.az xəbər verir ki, o, özünün “Twitter” hesabından gölün 1984-cü ildən bəri ilbəil pisləşən vəziyyətini əks etdirən video paylaşıb.

Fotoqrafın sözlərinə görə, gölün quruması ilə orada olan duz və kimyəvi maddələr ətraf ərazilərə yayılır, bu isə insanların yaşayış yerlərini tərk etməsi ilə, kütləvi köçməsi ilə nəticələnir.

“Bu həmçinin beynəlxalq ekoloji fəlakətdir”, - deyə Deqati narahatlığını ifadə edib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər