Reza Deqati Qubadlıda gördüklərini yazdı: “Məscid donuz tövləsi kimi istifadə olunub” FOTO

Dünyaca məşhur fotoqraf Reza Deqati Qubadlı rayonunun işğaldan azad edilmiş hissəsində çəkiliş aparıb.

Bu barədə fotoqraf “Instagram” hesabında paylaşım edib.

Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin sülh içində yaşadığını, ölkəmizdə qadınlara səsvermə hüququnun Fransadan 20 il əvvəl verildiyini qeyd edən fotoqraf Qubadlıda məsciddə qarşılaşdığı mənzərədən bəhs edib.

“Məscidə daxil oldum, ətrafa baxdım, döşəmə nəcislə örtülmüşdü, qoxusu ağır idi. Heyvanlara su vermək üçün istifadə olunan iki kasanın fərqinə vardım. Əsgərlər mənə dedilər ki, məscidi açanda donuzlarla dolu idi. Bu dini məkan illərdir erməni işğalçıları tərəfindən donuz tövləsi kimi istifadə olunub”, - deyə fotoqraf bildirib.
Bu gönderiyi Instagram'da gör

Ancient Mosque used as Pigsty. مسجد قديمى كه سالها تبديل به خوكدانى شده بود “Donuz tövləsinə döndərilmiş məscid (Qubadlı rayonu) “On the road to Qubadlı, Azerbaijan Azerbaijan is a secular country where muslims, christians, jews, zoroastrians and many other religions and believes live in peace. Azerbaijani women got the right to vote more than 20 years before France. I've witnessed that energy many times while traveling around the country. I was on my way to Qubadlı, a city liberated by the azerbaijani army when a group of soldiers stopped me and asked me to follow. We climbed up a hill and arrived in front of an old mosque that for the past 28 years was in a territory occupied by Armenian forces. I entered the mosque, looked around, the floor was covered with feces, the smell was heavy. I could notice two bowls used to give water to animals. The soldiers told me that when they opened the mosque it was full of pigs. This religious place was used for years as a pigsty by armenians occupents. Under wars and occupations humans often lose sense of respect and decency. Let's hope when peace will come, Karabakh will live with the same vibe I felt around secular Azerbaijan. #qubadli #azerbaijan #karabakh #mosque #spirituality #animals #pig #pigsty #war #peace #secular #reza #rezaphoto #rezaphotojournalist #photography #photojournalism #azgram #karabakhisazerbaijan

REZA (@rezaphotography)'in paylaştığı bir gönderi ()