Ru
20:42 / 08 Noyabr 2025

Azərbaycanlı qadın Romada çoxlu pulla YOXA ÇIXDI - FOTO

Azərbaycanlı qadın Romada çoxlu pulla YOXA ÇIXDI - FOTO
Eye

İtaliyaya səfər edən Azərbaycan vətəndaşı 5 gündür itkin düşüb.

Bakupost.az xəbər verir ki, bu barədə "Avropa Azərbaycanlıları" Feysbuk səhifəsi məlumat yayıb.

Bildirilib ki, boyu təxminən 165 sm, çəkisi təxminən 50 kq, arıq bədən quruluşludur. O, 3 noyabr gecəsi Bakından uçub, Roma hava limanına enib və oradan video paylaşaraq “Romaya çatdım” deyib. Ondan sonra telefonuna edilən zənglər cavabsız qalan Sona Quliyevadan heç bir xəbər yoxdur.

Ailə üzvləri onun axtarışı üçün polisə müraciət edib və Romada yaşayan azərbaycanlılardan kömək istəyiblər.

Məlumata görə, Sona Quliyeva İtaliyaya gəzinti məqsədilə gedib və onun üzərində xeyli miqdarda pul olub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar