Krım yarımadası üzərində “An-26” hərbi nəqliyyat təyyarəsi ilə əlaqə kəsilib.
Bakupost.az xəbər verir ki, TASS agentliyinə qəza yerindən danışan mənbə təyyarənin qəzaya uğradığını təsdiqləyib.
İlkin məlumata əsasən, təyyarə qayaya çırpılıb. Hadisə martın 31-də, Moskva vaxtı ilə saat 18:00 radələrində planlaşdırılmış uçuş zamanı baş verib.
Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, təyyarə ilə əlaqə qəfil kəsilib və dərhal axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Daha sonra qəza yeri müəyyən edilib.
Məlumatlara görə, təyyarənin göyərtəsində olan 6 heyət üzvü və 23 sərnişinin hamısı həlak olub.
Qəzanın ilkin səbəbi kimi texniki nasazlıq göstərilir. Hazırda hadisə ilə bağlı xüsusi hərbi komissiya tərəfindən araşdırma aparılır.