Ru
15:05 / 02 Sentyabr 2025

Rusiya-Azərbaycan gərginliyi pik həddə: Yeni təxribatlar başlayıb - AÇIQLAMA

Rusiya-Azərbaycan gərginliyi pik həddə: Yeni təxribatlar başlayıb - AÇIQLAMA
Eye

Xəbər verdiyimiz kimi, Rusiyada Azərbaycan əleyhinə kampaniyaya start verilib. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, Prezident İlham Əliyevin "Əl-Ərəbiyyə"yə müsahibəsi kontekstdən çıxarılaraq təqdim olunur.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Bakupost.az-a açıqlamasında bildirib ki, Rusiyanın bu siyasəti yeni deyil:

"Artıq ilk dəfə deyil ki, biz bu cür təxribatların şahidi oluruq. Rusiyanın müxtəlif media quruluşları, bloqerləri tərəfindən təəssüf ki, ölkəmizə qarşı bu cür təbliğatın aparılması artıq davamlı xarakter alır və bu, çox narahatedici bir tendensiyadır. Əgər kimlərsə düşünürsə ki, bu cür addımlarla Azərbaycana qarşı nəsə edə biləcəklər, yanılırlar, edə bilməyəcəklər. Onlar bilsinlər ki, bu kampaniya və bu təxribatlar Azərbaycanda Rusiyaya münasibətə çox ciddi təsir göstərir.

Artıq Azərbaycan xalqı bu cür təbliğatdan hiddətlənib və açıqlamada da qeyd olunduğu kimi, bu cür cəhdlərin ölkədə ictimai rəyə təsiri minimumdur. Azərbaycan xalqı ölkə rəhbərinə, onun siyasətinə güvənir və sadiqdir. Yaxşı olar ki, Rusiya tərəfi bu təbliğata son qoysun. Onlar bu cür yanaşma ilə heç nəyə nail ola bilməzlər".

Deputat əlavə edib ki, ruslar tarixən azərbaycanlıları qətlə yetirib, ölkəni işğal edib:

"Cənab Prezident çıxışında real vəziyyəti qeyd edib. Ruslar vaxtilə Azərbaycanı işğal etmişdilər. Tarix boyu xalqımızın başına gətirilən bütün müsibətlərin, faciələrin kökündə ruslar durur. 1937-ci ildə nə qədər azərbaycanlını qətlə yetirdilər. Ondan əvvəl Xalq Cümhuriyyətinin rəhbər şəxslərinə qarşı bu addımları atdılar. Görünür, Azərbaycan Prezidentinin həqiqətləri söyləməsi onları çox narahat edib. Ona görə bu cür açıqlamaları yaymağa başlayıblar. Bu, artıq köhnəlmiş bir metoddur. Bu metoda son qoyulmalıdır.

Mən düşünürəm ki, bu, münasibətlərə yalnız xələl gətirir. Rusiyada hansısa “ağıllı” düşünürsə ki, bu addım, töhfə verəcək və münasibətləri düzəldəcək, qətiyyən belə deyil. Bu, münasibətləri düzəltməyəcək, əksinə, daha da kəskinləşdirəcək”.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar