Ru
13:11 / 04 Mart 2026

Rusiya İrana hərbi yardım edəcək? - Rəsmi

Rusiya İrana hərbi yardım edəcək? - Rəsmi
Eye

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından sonra BRİKS ölkələrinin qarşılıqlı yardım göstərmək öhdəliyi yoxdur.

Bakupost.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ölkəsinin İrana hərbi yardım edib-etməyəcəyi ilə bağlı suala cavab olaraq deyib.

“BRİKS üzvlüyünə silahlı təcavüz zamanı qarşılıqlı yardım göstərmək öhdəlikləri daxil deyil. Bu, fərqli bir təşkilatdır və digər sahələrdə əməkdaşlığa diqqət yetirir”, - Peskov bildirib.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

İran Rusiyanı Ukrayna müharibəsində dəstəkləyən ölkələr sırasındadır. Müharibənin ilk ilində, 2022-ci ildə İran Rusiyaya “Şahid” PUA-ları verdi, daha sonra isə ümumiyyətlə bu texnologiyanı ruslara təqdim etdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar