Ru
18:33 / 31 May 2021

Rusiyada azərbaycanlı gənci qətlə yetirən polis həbs edildi

Rusiyada azərbaycanlı gənci qətlə yetirən polis həbs edildi
Eye

Rusiyanın Novosibirsk Mərkəzi Rayon Məhkəməsi 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi tabel silahı ilə qətlə yetirən yol polisi əməkdaşını həbs edib.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Novosibirsk üzrə Baş İdarəsinin nümayəndəsi Anastasiya Kuleşova bildirib.

O, yol polisi baş inspektoru 38 yaşlı Aleksandr Qusev barəsində 28 iyula qədər həbs qətimkan tədbirinin seçildiyini vurğulayıb.

Qeyd edək ki, Vəkil Abdullayevin qətli ilə bağlı saxlanılan polis əməkdaşı Aleksandr Qusev barəsində vəzifə səlahiyyətlərini aşma və ehtiyatsızlıqdan adam öldürmə maddələri ilə cinayət işi başlanıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar