Ru
13:10 / 07 Yanvar 2024

Azərbaycanlı kriminal avtoritet güllələndi - Anbaan VİDEO

Azərbaycanlı kriminal avtoritet güllələndi -  Anbaan VİDEO
Eye

Rusiyada azərbaycanlı kriminal avtoritet güllələnib.

Lent.az xəbər verir ki, hadisə Tümen şəhərində qeydə alınıb.

Mərhum qanuni oğru “Rövşən Lənkəranski”nin adamı hesab edilən, hazırda isə “Rufo Gənciniski”nin ətrafında olan “Cavid Astaralı” avtomobilində silahlı hücuma məruz qalıb.

Yayılan görüntülərdə məlum olur ki, bir neçə şəxs ayrı-ayrı nöqtələrdən “Cavid Astaralı”nın hərəkətdə olan avtomobilinə silahla hücum edir. Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində “Cavid Astaralı” bir neçə güllə yarası alıb.

Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə “Nihat Quli”, “Nihat Qəbələli” kimi tanınan Nihat Mayısbəylinin adamları olub. Nihat Mayısbəyli mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır.

Hər iki tərəfdə konflikt uzun müddətdir davam edir.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar