Ru
10:32 / 05 Dekabr 2025

Rusiyalı dənizçilər İran limanında girov saxlanılır

Rusiyalı dənizçilər İran limanında girov saxlanılır
Eye

İranın Əmirabad limanında lövbər salmış gəmidə çalışan rusiyalı dənizçilər artıq bir neçə aydır sahilə çıxmalarına icazə verilmədiyini və əməkhaqlarının ödənilmədiyini bildirirlər.

Bakupost.az xəbər verir ki, ekipaj üzvlərindən birinin Rusiya mediasına verdiyi məlumata görə, dənizçilər altı ay əvvəl İran şirkəti ilə rəsmi müqavilə imzalayıblar. Sənədə əsasən, ekipaj dörd ay işləməli, beşinci ayda isə sahilə çıxaraq vətənə qayıtmalı idi. Lakin tərəflər işə başlayandan az sonra əməkhaqqı ödənişlərində gecikmələr yaranıb.

Gəmi sentyabr ayında plan üzrə İranın Əmirabad limanına daxil olub. Bundan sonra şirkət komandanın sahilə çıxmasına qadağa qoyub. Dənizçilər bildirirlər ki, gəmidə sağlamlıq problemləri səbəbindən bir vətəndaşın səhhəti pisləşib. Lakin İran şirkətinin rəhbərliyi indiyə qədər heç bir tədbir görməyib.

Ekipaj üzvləri nə maaş ala bilirlər, nə də gəmini tərk etmək imkanı var. Əvvəlcədən deyilmişdi ki, dekabr ayında növbə dəyişikliyi olacaq və onlar sərbəst buraxılacaqlar. Lakin hələlik heç bir irəliləyiş yoxdur.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar