Rusiyanın “Milli Media Qrupu” media holdinqi ölkənin ən qədim nəşrlərindən biri olan “Komsomolskaya Pravda” qəzetini satın alıb.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, “Milli Media Qrupu”na Alina Kabayeva rəhbərlik edir.
Sövdələşmə barədə holdinqin strukturuna daxil olan “İzvestiya” məlumat yayıb. Qrupa “İzvestiya”, “Sport-Ekspress” və “Delovoy Peterburq” kimi nəşrlər də daxildir.
“İzvestiya”dan bildirilib ki, birləşmə tərəflərin qarşılıqlı mövqelərini gücləndirməyə, jurnalistika sahəsində ən yaxşı təcrübələri və istehsal standartlarını bölüşməyə imkan verəcək.
Qeyd olunub ki, sövdələşmə “Milli Media Qrupu”nun informasiya və əyləncə kontenti bazarındakı mövqeyini daha da gücləndirəcək.
Lalə, BakuPost