Rusiyadan gələn təhlükə ilə bağlı məlumatlar mifdir və müəyyən siyasi dairələr üçün faydalıdır.
Bakupost.az xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller deyib.
“Rusiya NATO üzvü olan ölkəyə hücum etməyəcək. Təhlükə haqqında mif yaratmaq müəyyən siyasi dairələr üçün lazımdır”, - siyasətçi vurğulayıb.
Miller Polşa ilə həmsərhəd olan Rusiyanın ona hücum etməməsinə diqqət çəkib. Keçmiş baş nazir bildirib ki, Rusiya təhlükəsi ilə bağlı xəbərləri NATO-nun gücünə inamsızlıq kimi qəbul edir.