Ru
14:45 / 22 Oktyabr 2025

Rusların Ukraynada daha bir VƏHŞİLİYİ: Uşaq bağçası dronla VURULDU - VİDEO

Rusların Ukraynada daha bir VƏHŞİLİYİ: Uşaq bağçası dronla VURULDU - VİDEO
Eye

Rusiya hərbçiləri Ukraynanın Xarkov vilayətinə, eləcə də özəl uşaq bağçasına dron zərbəsi endirib.

Bakupost.az-ın xəbərinə görə, bu barədə Xarkov meri İqor Terexov özünü "Telegram" kanalında məlumat verib.

"Xolodnoqorski rayonunda özəl uşaq bağçasına zərbə dəyib, uşaqlar yaralanıb. Zərbə yerində yanğın baş verib", - deyə o qeyd edib.

Xarkov vilayətinin regional hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov Rusiyanın hücumu nəticəsində 4 nəfərin xəsarət aldığını bildirib.

"Onlardan ən azı ikisinin vəziyyəti ağırdır. Həkimlər hadisə yerində işləyirlər", - deyə o nəzərə çatdırıb.

Sinequbov daha sonra əlavə edib ki, hücum nəticəsində 40 yaşlı kişi ölüb. Hazırda daha 5 nəfərin yaralandığı məlumdur.

Həmçinin Xarkov merinin sözlərinə görə, bütün uşaqlar artıq bağçadan təxliyə ediliblər, lakin yanğın davam edir.

Terexov bildirib ki, zərbə, çox güman ki, dron vasitəsilə həyata keçirilib.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar