Ru
22:13 / 26 Yanvar 2020

İki partiyadan Sabir Rüstəmxanlıya seçki jesti - Namizədlərini geri çəkdilər

2613
"Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm".

BakuPost
xəbər verir ki, bu sözləri Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev xalq şairi, 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Sabir Rüstəmxanlının Tatarməhəllə kəndində keçirdiyi görüşdə çıxış edərkən deyib.

O bildirib ki, eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atıb:

“Sabir bəy ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o, sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər