13:53 / 23 Sentyabr 2021

Sabah leysan yağacaq

673
Bakıda və Abşeron yarımadasında sentyabrın 24-ü günün ikinci yarısında şimal-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakupost.az -a verilən məlumata görə, sentyabrın 25-i gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 25-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər