Son illərdə Yer əvvəlkindən bir qədər sürətlə fırlanmağa başlayıb.
Bakupost.az xəbər verir ki, 2024-cü ilin 5 iyulunda gün 1,66 millisaniyə daha qısa olub və bu, indiyə qədər qeydə alınmış rekorddur.
Mütəxəssislər hesab edirlər ki, 2025-ci ildə Ayın ekvatora nisbətdə mövqeyi Yerin fırlanmasına təsir göstərərək iyul-avqust aylarında “qısalmış günlər”ə səbəb olacaq. Əsas sirr isə Yerin ümumilikdə niyə sürətlə fırlanmasıdır.
Ən geniş yayılmış fərziyyəyə görə, planetin maye nüvəsinin ləngiməsi onun mantiyasını daha sürətli hərəkətə məcbur edir.
Əgər bu proses davam edərsə, 2029-cu ilə qədər tarixdə ilk dəfə “mənfi saniyə”nin tətbiqi lazım ola bilər. Bu isə dəqiq vaxtdan asılı olan dünya sistemləri üçün çətinliklər yaradacaq.
Eyni zamanda, 5 avqust səhəri Günəşdə M sinifli güclü alışma qeydə alınıb. Alovlanma 26 dəqiqə davam edib və bu, ayın əvvəlindən bəri dördüncü partlayışdır.
Ayxan,
BakuPost
Yerin maye nüvəsinin digər nisbətən çox israf və istifadə edilən quru materiyaya nisbətən ağırlaşan kütlə ətaləti onun dövretmə təcilini yüksəldib, ehtimalını da fərz edə bilərik? Əcəb maraqlısı isə alim və mütəxəssislərin bu hadisəni nədən, elə dəfələrlə böyük və güclü təkan-dövrüyyə verici Günəşin alşışma-partlama enerjisi ilə deyil, planetlərdən biri və hətta onun peyki Ayla cüzi ilgiləndirmə cəhdləridir? Oxşar qeyri-ciddi tərs mütənasib münasibət elə Yer iqliminə də-temperatur yüksəlməsinə də tamtərkibcə geniş elmi-texniki deyil, yalnız Yerdə görülən texnoloji işlərdən asılılığına ciddi əhəmiyyət vermk