Ru
20:03 / 27 Yanvar 2020

“Sabina” parfümeri “İDEAL”a satıldı

7364
"Sabina" mağazalar şəbəkəsi satılıb. "Sabina" mağazaları "İDEAL" Parfumery and Cosmetics tərəfindən alınıb.


BakuPost
banker.az-a istinadən xəbər verir ki, sövdələşmənin qiyməti hələki məlum olmasa da, strukturun yenilənməsi xəbəri artıq əməkdaşlara da məlumdur. Bununla bağlı artıq struktur və birləşdirmə işlərinə start verilib.


Qeyd edək ki, bazar günü parfüm mağazaları üçün önəmli satış günü olmasına baxmayaraq, həmin gün Nizami küçəsində yerləşən mağazası da işləməyib.


Ümumilikdə "Sabina" mağazalar şəbəkəsinin Bakı və Gəncə şəhərlərində 12 mağazası fəaliyyət göstərir və bu şəbəkə İDEAL brendindən daha əvvəl fəaliyyətə başlamışdı. İDEAL mağazalar şəbəkəsi isə hazırda Bakı və Sumqayıtda fəaliyyət göstərən 15 mağazaya malikdir.


Əldə etdiyimiz məlumata görə, hazırda İDEAL mağazalar şəbəkəsi hüquqi cəhətdən "ADORE KOMPANİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. Şirkət 2007-ci ildə yaradılıb və nizamnamə kapitalı 3 milyon 200 min manat təşkil edir.


"ADORE KOMPANİ"nin qanuni təmsilçisi isə Samir Yalçın oğlu Əliyevdir.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər