Yevlaxda silahlı insident baş verib.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində tanışı 46 yaşlı şəxsin ayaq nahiyyəsinə xəsarət yetirib. Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, Zaur Səmədovun Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğlu olduğu bildirilir.
Trend-in məlumatına görə, Zaurla güllələdiyi şəxs qonşu olublar. Qonşunun mal-qarası Z.Səmədovun həyətinə girib. Bundan sonra onlar arasında mübahisə baş verib və bu, güllələnmə ilə yekunlaşıb.