Ru
10:35 / 09 Sentyabr 2019

Sabiq məhkumdan 2 kiloqram marixuana götürüldü

Sabiq məhkumdan 2 kiloqram marixuana götürüldü
Eye

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BakuPost-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Bəxtiyar Şəmsi saxlanılaraq Rayon Polis İdarəsi gətirilib və onun üzərinə baxış keçirilən zaman əlində olan idman çantasının içərisindən ümumi çəkisi 2 kiloqram 395 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.


Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər BPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitənin saxlanılmasında şübhəli bilinən Göygöl rayon sakini, əvvəllər məhkum olunmuş, 1970-ci il təvəllüdlü Rasim Hümbətov saxlanılaraq Nizami RPİ-nə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 2.8 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.


Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar