Ru
13:28 / 14 Fevral 2026

Sabiq məmur daha bir şadlıq sarayı aldı

Sabiq məmur daha bir şadlıq sarayı aldı
Eye

Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir şadlıq sarayı alıb.

Bakupost.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu, "Yasmin" şadlıq sarayıdır.

Məlumatda bildirilir ki, keçmiş məmur obyektin profilini dəyişmək niyyətində deyil. Yəni, obyekt şadlıq sarayı kimi fəaliyyətini davam etdirəcək. Amma bəzi məluamtlara görə, obyektin restoran kimi fəaliyyət göstərməsi də istisna deyil.

Cavanşir Yusifov bundan əvvəl Şəmkirdə fəaliyyət göstərən "Murovdağ" şadlıq sarayını almışdı. Həmin şadlıq sarayı Cavanşor Yusifovun oğlu Rüfət Yusifovun adına rəsmiləşdirilib.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında tutduğu vəzifədən azad edilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar