Ru
13:59 / 02 Oktyabr 2019

Sabiq nazir iş adamını məhkəməyə verdi - Şəhərin mərkəzində torpaq qalmaqalı

2717
Keçmiş nazir mülkiyyətində olan torpaq sahəsinin boşaldılması barədə məhkəmədə iddia qaldırıb.


BakuPost.az
criminal.az-a istinadən məlumat verir ki, keçmiş Əmək və Əhalinin Sosial Müdafiə naziri Fizuli Ələkbərov iddiasında Bakı şəhər Səbail rayonunun ərazisində yerləşən xüsusi mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını tələb edir.

İddia üzrə cavabdehlər "Məlahət" Məhdud Məsuliyyətli Cəmiyyəti və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmtinin Bakı Ərazi İdarəsidir.

Tələb torpaq sahəsinin boşaldılması və vurulmuş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Bakı şəhər Səbail rayon Məhkəməsində iddia hakim Mədinə Bağırovanın icraatına verilib.

İddiaçının ərizəsinə əsasən iddianın təmin etmə tədbiri tətbiq edilib və torpaq sahəsindən cavabdehin istismarı qabağan edilib. Cavabdehin nümayəndəsi həmin qərardaddan şikayət verib.

Bakı Apellyasiya Məhkəməsində qərardaddan verilən şikayətə hakim Fuad Babayevin sədrliyi ilə 18 iyun 2019-cu il tarixində baxılıb və qüvvədə qalıb. Hazırda Səbail rayon Məhkəməsində işə baxılır.

Məhkəmə mübahisəsi ilə bağlı cavabdeh M.Qurbanova ilə əlaqə saxlayıb münasibət öyrənmək mümkün olmayıb. Onun müavini Osman Hacıyev isə bildirib ki, sözügedən məhkəmə iddiasının detallarından xəbərsizdir.

Cavabdeh şirkətin rəhbəri Məlahət Qurbanova 1987-ci ildən etibarən 1 saylı Lombarda rəhbərlik edir və "Lombard Məlahət" kimi tanınır. O, "Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin üzvü, iş adamıdır.



Mandatını girov qoyub borc götürən deputat Rafael Cəbrayılov və qardaşı Elşən Cəbrayılovun da "Lombard Məlahət”ə külli miqdarda borcu var.




Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər