Daxili işlər nazirinin keçmiş müavini Rüstəmov Baba Şıxpənah oğlu vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Nocomment.az məlumat yayıb.
Məlumata görə, o, 5 mart 2026-cı ildə 88 yaşında vəfat edib.
Qeyd edək ki, Rüstəmov Baba Şıxpənah oğlu 1962-ci ildə Sumqayıt şəhərində Daxili İşlər orqanlarının istintaq şöbəsində əmək fəaliyyətinə başlayıb. Sonrakı illərdə Sumqayıt, Dəvəçi, Lənkəran, Xaçmaz şəhərlərində və Bakı şəhərinin Suraxanı rayonunda polis rəisi vəzifələrində çalışıb. 1994-cü ildən 2012-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Bakı şəhər prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışıb, həmin vəzifədən təqaüdə çıxıb.