Ru
23:47 / 07 Mart 2026

Moskvada Azərbaycan səfirliyinə aid avtomobil qəzaya düşdü - FOTO

Moskvada Azərbaycan səfirliyinə aid avtomobil qəzaya düşdü -  FOTO
Eye

Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan səfirliyinə məxsus avtomobil qəzaya düşüb.

Bu barədə Bakupost.az-a Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Qeyd olunub ki, 7 mart tarixində təqribən saat 17:00 radələrində Moskva şəhərində yerləşən "Columbus" ticarət mərkəzindən əsas yola çıxarkən gözləmə nişanının tələblərinə baxılmayıb və bu zaman əsas yol ilə gələn avtomobil səfirliyin diplomatik nömrəli avtomobilini arxadan vurub.

Beləliklə avtomobil inersiya nəticəsində Prajskaya metrosunun çıxışının giriş qapılarının birinə dəyib. Döngə ilə metronun çıxışı arasında məsafənin az olması səbəbindən avtomobil qapıya çırpılıb.

Baş vermiş hadisə zamanı heç bir şəxs xəsarət almayıb. Avtomobili diplomatın həyat yoldaşı idarə edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar