Ru
14:39 / 29 Aprel 2026

ABŞ-də Kuba gərginliyi: Tramp məqsədinə çatır

ABŞ-də Kuba gərginliyi: Tramp məqsədinə çatır
Eye

ABŞ Senatı prezident Donald Trampın Kubaya enerji embarqosu ilə bağlı planına məhdudiyyət qoyacaq qanun layihəsini rədd edib.

Bakupost.az xəbər verir ki, demokrat senator Tim Keyn tərəfindən təqdim edilən layihə senatdan keçməyib. Respublikaçılar sənədin prosedura uyğun olmadığını bildirib.

Keyn deyib ki, embarqo Kubada humanitar böhran yaradır. Onun sözlərinə görə, səhiyyə sistemi zəifləyir, su çatışmazlığı artır və ərzaq bahalaşır.

Layihə həm də Trampın Kubaya qarşı mümkün hərbi addımlarının qarşısını almağı hədəfləyirdi.

Ağ Ev isə bu qərarın Kubanın “zərərli fəaliyyət və siyasətlərinə” qarşı ABŞ-nin milli təhlükəsizlik və xarici siyasət maraqlarını qorumağa yönəldiyini bildirib.

Tramp fevralın 1-də Kuba ilə neft tədarükü üzrə danışıqların başladığını açıqlasa da, Kuba bunu təkzib edib.

Hazırda Kuba hökuməti xaricdən neft gəlmədən ayaqda qalmaq üçün fövqəladə tədbirlər paketini işə salıb.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar