Qlobal bazarlarda qızıl qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı öncəsi eniş trendini davam etdirir.
Bakupost.az xəbər verir ki, hazırda qızılın 1 unsiyası 4.585 dollar səviyyəsində qərarlaşıb. Orta Şərqdə davam edən gərginlik inflyasiya gözləntilərini artıraraq qiymətli metallara təzyiq göstərir.
Bazar iştirakçıları isə FES-in faizləri sabit saxlayacağı ehtimalını yüksək qiymətləndirir və gələcək istiqamət üçün siqnallar axtarır.
Röya Rizvanzadə,BakuPost