Ru
15:06 / 29 Aprel 2026

Şəhər səmasında hava taksiləri: 2 saatlıq yolu 10 dəqiqəyə gedir - VİDEO

Şəhər səmasında hava taksiləri: 2 saatlıq yolu 10 dəqiqəyə gedir - VİDEO
Eye

ABŞ-nin Nyu-York şəhərində elektrikli hava taksilərinin sınaq uçuşları həyata keçirilib.

Bakupost.az xəbər verir ki, test uçuşlarının uğurla baş tutduğu və yoxlama prosesinin davam edəcəyi bildirilib.

Hava taksiləri şaquli qalxış edir, daha sonra irəli hərəkət edərək təyyarə rejiminə keçir. 5 nəfərlik bu vasitələr qısa məsafələr üçün nəzərdə tutulub. Elektriklə işlədiyi üçün səs-küy azdır və karbon emissiyası sıfırdır. Layihənin əsas məqsədi sıx trafik olan şəhərlərdə vaxt itkisini azaltmaqdır. Bu sistemlə 2 saatlıq yolun 10 dəqiqədən az çəkməsi planlaşdırılır.

Hazırda bu texnologiyanın təhlükəsizliyi və şəhər mühitinə uyğunluğu yoxlanılır. Mütəxəssislər hesab edir ki, yaxın illərdə hava taksiləri böyük şəhərlərdə geniş istifadə oluna bilər.

Bahar Babaşova, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar