Ru
14:12 / 29 Aprel 2026

Məşhur türkiyəli aktyor infarkt keçirdi

Məşhur türkiyəli aktyor infarkt keçirdi
Eye

"Sürgünler" serialı ilə məşhurlaşan türkiyəli gənc aktyor Oktay Çubuk xaricdə olarkən infarkt keçirib.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Portuqaliyaya anası Nilhan Çetinyamaç Çubuku ziyarət etməyə gedən aktyorun qəfil ürəyi dayanıb.


Məlumata görə, dərhal xəstəxanaya aparılan O.Çubuk ürəyi dayandıqdan sonra yenidən həyata qaytarılıb. İlkin müdaxilədən sonra həyatı təhlükəsi olmayan 30 yaşlı aktyor reanimasiya şöbəsinə aparılıb.


Müayinələri davam edən və əvvəllər ürək xəstəliyinin olmadığı aşkarlanan Çubuk müalicəsini bir müddət davam etdirəcək.

Qeyd edək ki, Oktay Çubuk "Ah Nerede", "Aşk Ağlatır" və "Bir Nefes Daha" kimi layihələrlə məşhurlaşıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar