Ru
16:00 / 29 Aprel 2026

Şahin Mustafayev erməni dilində sərbəst danışırmış

Şahin Mustafayev erməni dilində sərbəst danışırmış
Eye

Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir.

Bakupost.az Unikal-a istinadən xəbər verir ki, Şahin Mustafayevin İrəvana səfəri fonunda Ermənistan mətbuatı ona yenidən diqqət çəkib.

Qeyd olunub ki, Ş.Mustafayev erməni dilində sərbəst danışır. O, 40 ildən sonra yenidən Ermənistana gedib.

Şahin Mustafayev Ermənistanda doğulub və orada təhsil alıb. Bildirilir ki, Mustafayevlər ailəsi Noyemberyan rayonunun Cucevan kəndində yaşayan yeganə azərbaycanlı ailə olub.

Şahin Mustafayevin atası Cucevana Azərbaycan kəndlərinin birindən köçüb və mal-qara saxlamaqla məşğul olub. Ş.Mustafayev 1965-ci ildə Ermənistanda anadan olub. 8-ci sinfə qədər kənd məktəbində oxuyub, 9 və 10-cu sinifləri isə Noyemberyanın 2 nömrəli məktəbində təhsil alıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar