Ru
16:36 / 29 Aprel 2026

Pablo Eskobarın begemotları Kolumbiya hökumətini çətin vəziyyətə salıb

Pablo Eskobarın begemotları Kolumbiya hökumətini çətin vəziyyətə salıb
Eye

Kolumbiyada begemotların sürətlə artması ekosistem üçün ciddi təhlükə yaradıb.

Bakupost.az yerli KİV-lərə istinadən xəbər verir ki, məşhur narkobaron Pablo Escobardan qalan bu heyvanlar illər ərzində çoxalaraq, nəzarətdən çıxıblar.

Kolumbiyanın ətraf mühit naziri İrene Velez bildirib ki, qısırlaşdırma və zooparklara yerləşdirmə kimi tədbirlər effekt vermədiyindən begemotların məhv edilməsinə qərar verilib.

Eskobar ölümündən əvvəl ölkəyə 1-i erkək olmaqla, 4 begemot gətirib. Hazırda onların sayı 80-ni keçib. Bunun nəticəsində Kolumbiya Afrika qitəsindən kənarda vəhşi begemotların yaşadığı yeganə ölkədir. Mütəxəssislər bu heyvanların yerli növlərə ciddi zərər verdiklərini, onların məhvinə səbəb olduqlarını və insanlar üçün təhlükə yarada biləcəklərini bildirirlər.
Kolumbiya hökuməti isə begemotları 2 səbəbdən öldürə bilmir. Həm heyvansevərlərin etirazından qorxur, həm də bu su canlılarına görə ölkəyə çox sayda turist gəlir.

Məsələ hindistanlı milyarder Anant Ambaninin də diqqətini çəkib. O Kolumbiya hökumətinə müraciət edərək heyvanların Hindistanda yerləşən, özünə məxsus Vantara mərkəzinə köçürülməsini təklif edib.

Bahar Babaşova, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar