ABŞ Prezidenti Donald Trampın qızı İvanka Tramp Vaşinqtonda nadir ictimai çıxışı ilə diqqət çəkib.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, 44 yaşlı İvanka Tramp Kral III Çarlz və Kraliça Kamillanın ABŞ-a səfəri şərəfinə Ağ Evdə təşkil olunan dövlət naharında iştirak edib. O, tədbirə həyat yoldaşı Cared Kuşnerlə birlikdə qatılıb.
İlin əsas diplomatik gecələrindən biri hesab olunan tədbir üçün İvanka Reem Acra brendinə məxsus dəbdəbəli açıq mavi libas seçib.
Onun obrazı klassik zərifliklə müasir dəbdəbəni birləşdirib. Açıq rəngli saçları yumşaq dalğalarla düzülərək bir çiyninin üzərinə atılıb və paltarın incə siluetini ön plana çıxarıb.
Makiyajda isə əsas vurğu ifadəli smoky eyes üslubuna edilib. Bu, obrazına daha dərin və axşam tədbirinə uyğun dramatik görünüş verib.
Mənbələrin məlumatına görə, İvankanın makiyajı üzərində vizajist Aleksa Rodulfo çalışıb.
İvanka Tramp tədbirdən əvvəl geyimini sosial şəbəkədə də nümayiş etdirib. O, “Instagram”da 8,8 milyon izləyicisi ilə obrazını paylaşıb.
Onun Vaşinqtondakı bu çıxışı xüsusilə diqqət çəkib. Çünki İvanka son aylarda paytaxtdakı siyasi tədbirlərdə nadir hallarda görünür və daha çox şəxsi həyatına üstünlük verir.