Ru
15:24 / 29 Aprel 2026

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi
Eye

Azərbaycan və Maldiv adaları bu gündən etibarən qısamüddətli səfərlər üçün qarşılıqlı vizasız rejim tətbiq edib.


Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, 24 sentyabr 2025-ci il tarixində Nyu-York şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurlar tamamlanıb.

Bununla, sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-ci il tarixində qüvvəyə minir.

Sazişə əsasən, Azərbaycan Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Maldiv Respublikasının etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oranı tərk etmək və ya tranzit keçmək, eləcə də giriş tarixindən etibarən 90 (doxsan) gündən artıq olmamaq şərtilə həmin ərazidə qalmaq üçün viza tələbindən azad edilirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar