Ru
15:42 / 29 Aprel 2026

Sürücü huşunu itirsə də, şagirdlər özlərini itirmədilər - ANBAAN VİDEO

Sürücü huşunu itirsə də, şagirdlər özlərini itirmədilər  - ANBAAN VİDEO
Eye

ABŞ-nin Mississippi ştatında hərəkətdə olan məktəb avtobusunun sürücüsünün huşunu itirməsi ciddi təhlükə yaradıb.

Bakupost.az Bizim.Media-ya istinadla xəbər verir ki, hadisə Henkok Orta Məktəbi şagirdlərinin olduğu avtobusda baş verib.

Bu zaman şagirdlər təşvişə düşmək əvəzinə operativ qərar veriblər.

Altıncı sinif şagirdi Cekson Kaznav sükanı nəzarətə götürüb, Darrius Klark isə əyləcə basaraq avtobusu dayandırıb. Digər şagirdlərdən biri 911 xidmətinə zəng edib, başqa biri isə məktəb rəhbərliyinə məlumat verib. Səkkizinci sinif şagirdi Destini Kornelius isə huşunu itirən sürücüyə dərmanını verərək ilkin yardım göstərib.

Hadisə yerinə gələn xilasedicilər sürücüyə tibbi yardım göstəriblər. Rəsmi şəxslər bildiriblər ki, şagirdlərin soyuqqanlı davranışı sayəsində qəzanın qarşısı alınıb. Səhhətinin yaxşı olduğu açıqlanan sürücü Leah Taylor şagirdlərin onun və digər uşaqların həyatını xilas etdiyini deyib.

Qəhrəmanlıq göstərən şagirdlər daha sonra məktəbdə təşkil olunan tədbirdə xüsusi olaraq mükafatlandırılıblar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar