Ru
11:18 / 12 Aprel 2022

Sabir Rüstəmxanlı səfirlikdən şikayətləndi: "Nə iş gördü..." - VİDEO

16397

Milli Məclisdə Güney Azərbaycanlıları Universitetinin yaradılması təklif edilib.


Bakupost.az xəbər verir ki, belə bir təkliflə Milli Məclisin deputatı Sabir Rüstəmxanlı çıxış edib.


O qeyd edib ki, Azərbaycanda “Təhsil” haqqında qanunda xaricdə yaşayan azərbaycanlılara güzəşt nəzərdə tutulur: “Buna baxmayaraq, bir nəfər olsun xaricdə yaşayan soydaşımız Azərbaycanda dövlət hesabına təhsil almır.


Onlar ödəniş qarşılığında təhsil almalıdır. Lakin təhsil haqları olduqca yüksəkdir. Mən dünya azərbaycanlılarının təhsil alması üçün Azərbaycanda Dünya Azərbaycanlıları və Güney Azərbaycanlıları Universitetinin yaradılmasını təklif edirəm”.



Həmçinin, S. Rüstəmxanlı Ukraynadakı səfirliyimizdən də şikayətlənib.


Deputat bildirib ki, onların şəxsiyyət vəsiqəsinin, pasportunun vaxtı bitir və ölkəyə qayıdıb sənədləri qaydaya salmaq məcburiyyəti yaranır:


“Amma bu belə olmamalıdır. Onlar xaricdə sənədlərini rahat dəyişməlidirlər. Biz soydaşlarımıza rahat şərait yaratmalıyıq. Azərbaycan qanunlarında xaricdə yaşayan vətəndaşlara güzəşt nəzərdə tutulsa da, bir nəfər bu güzəştdən faydalanmır. Xaricdə yaşayan azərbaycanlılar da ödənişli təhsil alır. Mən təklif edirəm ki, Dünya Azərbaycanlıları Universiteti yaradılsın”.


Deputat əlavə edib ki, “ASAN xidmət” modelini səyyar formada xarici ölkələrdə təşkil etsək, yaxşı olar: “Amma bu problemi biz həll edə bilmirik. Digər tərəfdən, sərhəddə ölkəmizə qayıtmaq istəyən vətəndaşlarımız çox çətinliklərlə üzləşir. Ukraynada səfirliyimiz işləmədi, sadəcə, Xarkovda fəxri konsulumuz işlədi. Amma səfirlik nə iş gördü, heç kim bilmədi ”.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər