Ru
14:10 / 14 Yanvar 2020

Şahvələd Çobanoğlunun oğlu qızıl medal qazandı - FOTOLAR

Şahvələd Çobanoğlunun oğlu qızıl medal qazandı -  FOTOLAR
Eye

Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilər növbəti uğura imza atıblar.

20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Qeyd edək ki, informatika fənni üzrə qızıl medal alan Abutalıb Namazov tanınmış jurnalist Şahvələd Çobanoğlunun övladıdır.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar