Ru
09:23 / 27 İyul 2026

Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - FOTO

Saleh Məmmədovun Almaniyada tikdirdiyi bina - FOTO
Eye

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin keçmiş sədri Saleh Məmmədov Almaniyada 47 mənzilli yaşayış layihəsinə investisiya yatırır.

"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə xaricdə yaşayan jurnalist Cavanşir Həsənli çıxış edib.

O qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir:

“Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. Tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, bir qədər əvvəl S.Məmmədovun Almaniyada 24 hektar torpaq sahəsi aldığı iddia edilmişdi.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar