Ru
18:09 / 02 Yanvar 2026

Şamaxıda yolda köməksiz qalan 5 nəfər xilas edildi

Şamaxıda yolda köməksiz qalan 5 nəfər xilas edildi
Eye

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.


Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Baic” markalı minik avtomobilində 5 nəfər köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar