Ru
18:39 / 02 Yanvar 2026

Bu koalisiya Yəməndə böyük bazanı nəzarətə götürdü

Bu koalisiya Yəməndə böyük bazanı nəzarətə götürdü
Eye

Yəmənin Hədraməvt vilayətinin qubernatoru Salem əl-Hənbaşi vilayətdəki ən böyük hərbi bazanın hökumət qüvvələri tərəfindən nəzarətə götürüldüyünü bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə Yaxın Şərq KİV-ləri məlumat yayıb.

Salem əl-Hənbaşi bildirib ki, Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya qüvvələri Əl-Həşaada 37-ci briqadanın bazasını nəzarətə götürüb. Bununla da hökumət qüvvələri bazanı Cənubi Keçid Şurasının (CKŞ) Yəmən separatçılarından geri alıb.

Qeyd edək ki, bundan əvvəl Yəmənin Prezidentlik Şurasını dəstəkləyən Səudiyyə Ərəbistanının başçılıq etdiyi beynəlxalq koalisiya, şərqdəki Hədraməvt vilayətində CKŞ-nin cənub separatçılarının mövqelərinə bir neçə hava zərbəsi endirib. Zərbələr nəticəsində 7 nəfər həlak olub, daha 20 nəfər yaralanıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar