Ru
12:18 / 12 May 2026

"Samsung"dan 15 milyon dollar tələb edir - SƏBƏB

"Samsung"dan 15 milyon dollar tələb edir - SƏBƏB
Eye

Dünya şöhrətli müğənni Dua Lipa "Samsung" şirkətinə qarşı 15 milyon dollar məbləğində iddia qaldırıb.

Bakupost.az Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Müğənni iddia edir ki, elektronika istehsalçısı onun fotosundan icazə almadan və qonorar ödəmədən televizorların reklamı üçün istifadə edib. Bildirilir ki, "Samsung" 2025-ci ildə ABŞ-də satışa çıxarılan televizor qutularının üzərində Dua Lipanın şəklini yerləşdirib.

İddia ərizəsində qeyd olunur ki, foto 2024-cü ildə "Austin City Limits" festivalının kulisində çəkilib və şəkil üzərində hüquqlar məhz müğənniyə məxsusdur. Dua Lipa bildirib ki, o, heç vaxt "Samsung"un reklam kampaniyasında iştirak etməyə razılıq verməyib.

Müğənni şirkəti müəllif hüquqlarının pozulmasında, onun obrazından qanunsuz istifadədə və brendlə əməkdaşlıq etdiyi barədə yanlış təsəvvür yaratmaqda ittiham edir. Sənəddə həmçinin vurğulanır ki, "Samsung" sənətçinin populyarlığı və pərəstişkarları üzərindəki təsiri hesabına kommersiya qazancı əldə etmiş ola bilər.

Dua Lipanın vəkilləri bildiriblər ki, müğənni reklam müqavilələrinə çox seçici yanaşır və indiyədək yalnız "Apple", "Porsche", "Versace", "Bvlgari2 və "Nespresso" kimi iri brendlərlə əməkdaşlıq edib.

Şərhlər
  • Fariz Behmanlı

    Təzminat iddiasında olmamış dünyəvi bircə səpici-peşəşçi Aministor, 33 ildə azı bir trillon ABŞ dolları dəyərini, əvəzsiz genofondunu itirmiş Azərbaycan iqtidarı bulunmaqdadır?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar