Ru
13:39 / 07 İyun 2020

Saturn haqqında yeni iddia - Halqalar silkələnir

3339
Saturnun halqalarında yaranan son vəziyyət tədqiqatçılara planetin dərinliklərini araşdırmağa imkan yaradıb.

"BakuPost" xəbər verir ki, seysmik dalğalar cazibə qüvvəsi sayəsində Saturnun daxilindən halqalarına ötürülür. Beləliklə, planetin halqalarında səslər yaranır. NASA-nın "Cassini" kosmik gəmisi isə bu kiçik sarsıntıları təspit edə bilir.

Yeni araşdırmalara görə, planetin daxili hissələrində indiyə qədər aşkarlanandan daha çox təbəqə var.

Planetlərin daxili proseslərini dəqiqliklə öyrənmək üçün ən çətin qatlara nüfuz etmək lazımdır. Yer və Ay kimi qayalı cisimlərin təbəqələri zəlzələlər nəticəsində yaranan seysmik dalğalarla araşdırılır. Amma qaz nəhənglərində belə dalğaları ölçmək üçün möhkəm səth yoxdur. Tədqiqatçılar bunun yerinə planetin maqnit sahəsi kimi digər proseslərini öyrənməlidirlər.


Alimlərin fikrinə görə, planetin daxilində sərt təbəqə var. Bu məsələdə seysmik cazibə dalğalarının yaratdığı ehtimallar nəzərə alınsa da, planetin yenilikləri hələ ki, araşdırılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər