Ru
10:55 / 20 Noyabr 2019

"Seçkilərdə qeydə alınmış namizədlərin 28 faizi gənclərdir" - Rövzət Qasımov

1708
"Azərbaycanda dekabrın 23-ə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar olaraq dairə seçki komissiyalarına 42625 iddiaçı bildiriş verib”.


BakuPost.az-ın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini Rövzət Qasımov deyib.


Onun sözlərinə görə, həmin şəxslərdən 35574 nəfəri namizəd statusunu alıb və namizəd olaraq qeydiyyatdan keçib:

“Proses hələ davam edir, namizədlər daha çox fəallıq nümayiş etdirilər. Sevindirici haldır ki, xanım və gənc namizədlər fəallıq nümayiş etdirirlər. Qeydiyyatdan keçərək namizəd statusu almış passiv seçki hüququna malik vətəndaşlarımızın təxminən 30 faizindən çoxu xanımlardır. Bu da əlbəttə ki, yaxşı bir göstəricidir. Bayaq dediyim kimi gənclər də xüsusi fəallıq nümayiş etdirir. Qeydə alınmış namizədlərin təxminən 28 faizə yaxını gənclərdir. Bu seçkilərdə hətta yaşı 21-dən aşağı olan 300-ə yaxın gənc artıq namizəd olaraq qeydə alınıb”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər